Naftalanda sahibkarlığın inkişafı üçün hədəf bəlli, istiqamət məlumdur
Yanvar 15
13:39
2018
Prezident İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, sərmayələrin cəlb edilməsi, yeni iş yerlərinin açılması ilə bağlı tapşırıqları Naftalan şəhərində də diqqət mərkəzində saxlanılır. Hazırda Naftalanda sahibkarlığın inkişafı üçün yaradılan şərait onu deməyə əsas verir ki, bu şəhərdə hədəf bəlli, istiqamət məlumdur.
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu günədək sahibkarlar tərəfindən tikilib istifadəyə verilmiş müasir səviyyəli yeni 3 və 5 ulduzlu müalicə - istirahət mərkəzlərində 900-ə yaxın vətəndaş işlə təmin edilib.
Yeni Avtovağzal otel kompleksində davam etdirilən tikinti işlərində 30 nəfər çalışır. İnşaat işləri yekunlaşdıqdan sonra burada 40-50 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.
Hazırda yenidən qurulan 10 mərtəbəli Naftalan mehmanxanasında 30 nəfər müvəqqəti işlə təmin edilib. Mehmanxana istifadəyə verildikdən sonra burada 55 nəfər daimi işlə təmin ediləcək.
Əhaliyə göstərilən səhiyyə xidmətinin daha da yüksəldilməsi üçün ötən ildən tikintisi davam etdirilən Naftalan Mərkəzi Şəhər Xəstəxanasındakı inşaat işlərinə 25 nəfər cəlb edilib. Xəstəxananın 2018-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılıb.
Naftalan nefti əsasında müalicə olunmaq istəyən yerli və xarici turistlərin, eləcə də səhhətində müəyyən problemlər olan insanların sayının çoxluğu nəzərə alınaraq şəhərdə daha bir müalicə mərkəzinin tikintisi davam etdirilir. Ümumi sahəsi 300 kvadratmetrə yaxın olan yeni müalicə mərkəzi 2 mərtəbədən, 12 otaqdan ibarət olacaq. Hazırda müalicə mərkəzində son tamamlama işləri görülür. Mərkəz istifadəyə verildikdən sonra burada 25 nəfər daimi işlə təmin ediləcək.
Naftalan sakinlərinə, bu şəhərə gələn yerli və xarici turistlərə göstərilən iaşə xidmətinin səviyyəsinin daha da yüksəldilməsi üçün ötən il təməli qoyulmuş müasir iaşə xidməti obyektində işlər davam etdirilir. Ümumi sahəsi 0,20 hektar olan mərkəzdə vətəndaşlara müasir iaşə xidməti göstərmək mümkün olacaq. Bu ilin mayında açılışı gözlənilən iaşə mərkəzində daimi olaraq 15 nəfər işləyəcək.
Fərdi sahibkar tərəfindən nar bağının salınması üçün ayrılmış 188 hektar sahədə isə artıq 20 nəfər işlə təmin edilib.