Naftalanlı yeniyetmə idmançılar Bərdədə sambo turnirində uğurlu çıxış ediblər
İyun 07
10:15
2016
May ayının 3-dən 5-nə kimi Bərdə rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsinə həsr olunmuş sambo idman növü üzrə 2000-2002, 2003-2005-ci il təvəllüdlü oğlanlar arasında açıq rayon birinciliyi keçirilib.
Yeniyetmələr arasında vətənpərvərliyin və qəhramanlığın təbliği məqsədilə keçirilən turnirdə Naftalan şəhərinin gənc idmançıları da iştirak edibdir.
Naftalan şəhərini təmsil edən 2 yeniyetmə idmançı II-ci yeri, 3 nəfər idmançı isə III-cü yerə çıxmışdır.
Qlobal.az olaraq qalib idmançıları təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.
Qlobal.az