“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir
Oktyabr 28
20:33
2024
Sərfəliliklə
yanaşı, sosial layihələrə də böyük önəm verən "Nar” "Bütün Vücudlar Danışır”
sosial-mədəni layihəsini dəstəkləyir. "DanceAbility” Azərbaycan sosial
müəssisəsi tərəfindən təşkil edilən bu layihə "Nar”ın dəstəyi ilə ESG (Ətraf
mühit, sosial məsuliyyət və korporativ idarəetmə) prinsiplərinə uyğun olaraq,
inklüziv cəmiyyətin inkişafını təşviq edir. Bu təşəbbüslə "Nar” əlilliklə bağlı
stereotipləri aradan qaldırır və inklüziv cəmiyyətin qurulmasına öz töhfəsini
verir.
Bir il ərzində davam
edəcək "Bütün Vücudlar Danışır” layihəsi 800-dən çox iştirakçıya xidmət göstərməyi
planlaşdırır. Layihədə fərqli yaş qruplarından əlilliyi olan və olmayan
şəxslər, qazilər, aztəminatlı ailələr və internat məktəblərinin şagirdləri
iştirak edəcək. Layihənin əsas məqsədi, cəmiyyətin həssas və qeyri-həssas
qruplarını bir araya gətirib onların fiziki və emosional rifahını
yaxşılaşdırmaq, sosial bacarıqlarını inkişaf etdirmək və yeni dostluqlar
yaratmaqdır.
Layihədə iştirak
etmək istəyənlər bu linkə keçid edərək qeydiyyat formasını
doldura bilərlər.
Qlobal.az