“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Noyabr 20
23:53
2024
Regionlarda sosial məsuliyyət
təşəbbüsləri ilə seçilən "Nar” Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə
birgə 20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş yeni layihəyə
start verib. Layihə çərçivəsində Naxçıvan, Bakı, Gəncə, Lənkəran və Qəbələdə
bir ay ərzində uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi ilə
bağlı geniş maarifləndirmə tədbirləri həyata keçiriləcək.
İlkin mərhələdə "Uşaqların zərərli
və təhlükəli məlumatlardan qorunması” mövzusunda onlayn görüş keçirilib. Bu
tədbirdə Naxçıvan, Bakı, Gəncə, Lənkəran və Qəbələdəki 10 məktəbdən VII-XI
sinif şagirdləri və müəllimlər iştirak ediblər. Dövlət rəsmiləri və
mütəxəssislər görüş zamanı rəqəmsal resurslardan düzgün və təhlükəsiz istifadə
qaydaları barədə ətraflı məlumat verib və iştirakçıların suallarını
cavablandırıblar.
Qeyd edək ki, layihə Elm və Təhsil
Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Azərbaycan Kibertəhlükəsizlik
Təşkilatları Assosiasiyası və ADA Universitetinin tərəfdaşlığı ilə həyata
keçirilir.
"Nar” bu təşəbbüslə elm və təhsilə
verdiyi dayanıqlı dəstəyin bir hissəsi olaraq, uşaq hüquqlarının qorunması və
rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarının öyrədilməsi işinə mühüm töhfə
verir. Xüsusilə regionlarda həyata keçirilən bu layihə gələcək nəsillərin
təhlükəsiz rəqəmsal mühitdə böyüməsi üçün vacib platforma yaradır.
Qlobal.az