Natiq Əliyev: “Bu il neftin qiyməti 60 dolları keçməyəcək”
May 23
11:28
2016
Dünya bazarında neftin qiyməti bu il ərzində 60 dollar/barel həddini keçməyəcək.
"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev ANS-də yayımlanan "Hesabat" verilişində müsahibəsində bildirib.
"Dohada neft hasilatının müəyyən səviyyədə dondurulması ilə bağlı keçirilən görüşdə heç bir qərarın qəbul olunmamasına baxmayaraq, neftin qiyməti qalxmağa başladı və 49 dollar/bareli keçib. Hesab edirəm ki, qiymət ilin axırına kimi bir az artacaq. Amma bu il neftin qiyməti 60 dollar/bareli keçməyəcək. Çünki 60 dolar/bareli keçən kimi yenidən başqa proseslər baş verəcək və artıma imkan verməyəcək", - deyə N.Əliyev qeyd edib.
Nazir əlavə edib ki, bu il neftin qiymətinin kəskin sürətdə artımı gözlənilmir.
N.Əliyev 2017-ci ildə neftin qiymətinin daha 5-10 dollar bahalaşa biləcəyini hesab edir.

Qlobal.az