NATO baş katibi Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini açıqlayıb
May 25
10:50
2022
Rusiyanın Ukraynaya qarşı müharibəsi çox güman ki, ondan əvvəlki bütün silahlı münaqişələr kimi danışıqlar masası arxasında bitəcək. Yeganə sual bunun nə vaxt və hansı şəraitdə olmasıdır.
"Məqsədimiz Ukraynaya döyüş meydanında danışıqlarda Kiyev tərəfi üçün məqbul şərait yaradan belə bir nəticə əldə etməyə kömək etməkdir. Yəni seçimdən danışırıq: ya Ukraynaya müharibədə qalib gəlməyə kömək edirik, ya da danışıqları dəstəkləyirik. Söhbət Ukraynanın sülh danışıqları aparmaq üçün döyüşdə məqbul şərtlər əldə edəcək qədər güclü olmasından gedir”, - Stoltenberq əlavə edib.