"NATO bazalarının Mərkəzi Asiyada yerləşdirilməsi qəbuledilməzdir" - Lavrov
Mart 31
18:12
2022
"ABŞ və NATO-nun hərbi infrastrukturunun Mərkəzi Asiyada yerləşdirilməsi qəbuledilməzdir".
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Moskva bu cür təşəbbüslərin həyata keçirilməsinin mümkünlüyünə qarşıdır:
"Biz ABŞ və NATO-nun hər hansı hərbi infrastrukturunun və ya onlara xidmət edən əfqanların qonşu dövlətlərin ərazisində, ilk növbədə Mərkəzi Asiyada yerləşdirilməsini qəbuledilməz hesab edirik. Bu cür planlar dövlətlərimizin təhlükəsizlik maraqlarına ziddir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnamə sənədlərindən irəli gələn öhdəliklərə ziddir”, - deyə Rusiya XİN rəhbəri bildirib.