SON XƏBƏR

NATO-nun Baş katibi: "Çin cavab verəcək"

İyun 18
10:56 2024
Çin yolunu dəyişməsə, Rusiyanın Ukraynadakı müharibəsini dəstəklədiyi üçün cavab verməli olacaq. 

"AzPolitika” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq BBC-yə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Pekin Rusiyanın hərbi səylərini dəstəkləməklə paralel olaraq, Avropa müttəfiqləri ilə də münasibətləri qorumağa səy göstərməklə "iki stulda oturmağa” çalışır: "Bu, uzunmüddətli perspektivdə işləyə bilməz".

NATO üzvlərinin Çinin Rusiyaya dəstəyi ilə bağlı nə edə biləcəyinə dair suala cavabında Stoltenberq deyib ki, Çinə qarşı mümkün sanksiyalarla bağlı danışıqlar gedir.

Onun sözlərinə görə, Çin Rusiyaya Ukraynaya qarşı istifadə edilən raketləri və digər silahları yaratmaq üçün əsas olan bir çox texnologiyaları, xüsusən də mikroelektronikanı verir: "Çin davranışını dəyişməsə, müəyyən mərhələdə biz iqtisadi tədbirləri nəzərdən keçirməliyik”.

Qeyd edək ki, Pekin artıq Rusiyanı dəstəklədiyinə görə bəzi sanksiyalar altındadır. Keçən ay ABŞ Çin və Honq Konqda yerləşən 20-yə yaxın şirkətə ciddi təsir edəcək məhdudiyyətlər tətbiq edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook