SON XƏBƏR

NATO-nun Baş katibi Ukraynaya söz verilmiş yardımın göstərilmədiyini etiraf edib

Aprel 26
07:35 2024
NATO ölkələri Kiyevə vəd edilən hərbi yardımı göstərməyib. 
 
"Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın paytaxtı Berlində keçirilmiş "Atlantik-Brüke” ("Atlantik körpü”) tədbirində söyləyib.

"Gəlin səmimi olaq. Reallıq odur ki, son aylarda NATO müttəfiqləri Ukraynaya söz verdikləri yardımı göstərməyiblər”, – Alyans rəhbəri bildirib.

Onun sözlərinə görə, Aİ ölkələri Kiyevi yetərli sayda mərmi ilə təmin etməyib, ABŞ isə uzun müddət Ukraynaya hərbi yardım paketi ilə bağlı razılığa gələ bilmirdi.

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook