"NATO-nun Ukraynaya qoşun göndərmək planı yoxdur" - Stoltenberq
Mart 12
03:50
2024
"NATO Ukraynaya qoşun göndərməyi planlaşdırmır, Alyans münaqişənin tərəfi deyil".
"NATO-nun Ukraynaya qoşun göndərmək planı yoxdur və nə NATO-nun özü, nə də NATO müttəfiqləri münaqişənin tərəfidir”, – Baş katib vurğulayıb.
Stoltenberqin fikrincə, hər hansı ayrı-ayrı NATO ölkəsi Ukraynaya qoşun göndərərsə, bu, bütövlükdə alyansa təsir edəcək, çünki onun üzvləri kollektiv müdafiə paktı ilə bağlıdır.