SON XƏBƏR

NATO-nun zirvə toplantısının təhlükəsizliyini Türkiyə HİK-ləri qoruyub

İyul 12
10:30 2023
Ötən gün Litvanın paytaxtı Vilnüsdə NATO liderlərinin iki günlük sammiti başlayıb. Zirvə toplantısında Prezident Tayyib Ərdoğan, milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan, MİT rəhbəri İbrahim Kalın, prezidentin baş müşaviri Akif Çağatay Kılıç və kommunikasiya direktoru Fahrettin Altun iştirak edir.

Qaynarinfo bu barədə "Hürriyet"ə istinadla xəbər verir.

Sammitdən əvvəl Almaniyanın Geilenkirxendəki aviabazasında Türkiyə Hərbi Hava Qüvvələrinə Məxsus Havadan Erkən Xəbərdarlıq Təyyarəsi (HİK) Və KC-135R Tanker Təyyarəsi öz yerini tutub. Təyyarənin NATO Müttəfiq Hava Komandanlığının (AIRCOM) Hava Missiyası Sərəncamına uyğun olaraq sammitin sonuna qədər müşahidə uçuşları və yanacaqdoldurma missiyaları yerinə yetirməsi planlaşdırılır.

Havadan gələn təhdidləri izləyən və yanacaq doldurmağa gedən reaktiv təyyarələrə taktiki nəzarəti təmin edən Havadan Erkən Xəbərdarlıq Təyyarələri, lazım olduqda yer radarlarına görünməyən kor nöqtələri açığa çıxarır və yerdən havaya raket sistemləri barədə xəbərdarlıq edir. Yanacaq doldurmaq üçün istifadə edilən KC-135-lər həm də nəqliyyat və hava tibbi evakuasiya təyyarəsi kimi xidmət edə bilər. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook