NATO Rusiya ilə əməkdaşlığı tamamilə dayandırdı
Aprel 15
19:42
2019
"Rusiya ilə NATO arasında mülki və hərbi sahə üzrə əməkdaşlıq tamamilə dayandırılıb”.
"Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
Onun sözlərinə görə, əməkdaşlıq NATO-nun təşəbbüsü ilə dayandırılıb. A.Qruşko bildirib ki, münasibətlərdə yaranmış böhranlı vəziyyətdən çıxış üçün NATO-nun heç bir planı yoxdur.