“NATO Rusiyanı cilovlamaq planlarından əl çəkməyib” – Peskov
Noyabr 28
16:03
2023
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Şimali Atlantika Alyansı Rusiyanı düşmən hesab edir, Moskvanı qarşıdurma və cilovlamaq aləti kimi yaradılıb və «verilən bəyanatlara» baxmayaraq, bu planlarından əl çəkmir.
Alyans rəhbəri Yens Stoltenberq bir gün əvvəl demişdi ki, Rusiyanın Ukraynada hərbi əməliyyatı başladıqdan sonra NATO-nun əsas vəzifələrindən biri münaqişənin genişlənməsinin və onun Rusiya ilə alyans arasında müharibəyə çevrilməsinin qarşısını almaqdır.