NATO sammitində Ukraynanın üzvlüyü üçün “konkret addımlar” atılacaq - ABŞ
İyul 04
12:43
2024
Gələn həftə Vaşinqtonda keçiriləcək NATO sammiti zamanı Ukraynaya gələcək NATO üzvlüyünü sürətləndirmək üçün "konkret yollar” təklif olunacaq.
Qaynarinfo "Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Duqlas Cons deyib.
Onun sözlərinə görə, yekun bəyannamə Ukraynanın NATO-ya üzv olacağını təsdiq edəcək.
"ABŞ və bütün NATO müttəfiqləri bildiriblər ki, Ukraynanın gələcəyi NATO-dadır. Bu sammitdə biz NATO-nun Ukraynaya Rusiyanın təcavüzündən müdafiəsinə kömək edə biləcəyi, Rusiyanı çəkindirmək üçün lazım olan gələcək gücü qurmaq və özünü NATO üzvlüyünə daha güclü namizəd etmək üçün lazımi islahatları həyata keçirməsinə konkret yollar təqdim edəcəyik”, - Cons bildirib.
O əlavə edib ki, ABŞ-ın alyans sammitində verəcəyi dəstək həqiqətən də Ukraynanın NATO-ya üzvlük yolunu sürətləndirəcək.
"Bəyannamənin mətni hələ də alyans müttəfiqləri arasında danışıqlar mərhələsindədir”, - deyə Cons əlavə edib.
Bundan əlavə, NATO üzvləri hazırda Ukraynaya Rusiyanın təcavüzündən müdafiəyə necə kömək etmək, gələcəkdə Rusiyanı necə çəkindirmək və NATO-ya üzv olmağa necə hazırlaşmağı müzakirə edəcəklər.