SON XƏBƏR

NATO və Aİ rəsmiləri Ermənistana səfər edib

Yanvar 19
12:14 2024
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Ermənistana səfər edib.

APA xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, yanvarın 18-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə regional təhlükəsizlik və sülhlə bağlı son hadisələr müzakirə olunub.

Toivo Klaar həmçinin Ermənistan Baş nazirnin müavini Mher Qriqoryanla da görüşüb. Tərəflər regional vəziyyət, eləcə də Ermənistanın "Sülhün kəsişməsi” layihəsi, demarkasiya prosesinin prinsipləri və hüquqi əsasları barədə fikir mübadiləsi aparıblar.

Ermənistan mətbuatı NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəsi Asiya üzrə Xüsusi Nümayəndəsi Xavier Kolominanı da Ermənistana səfər etdiyi barədə məlumat yayıb.

Məlumatda qeyd olunub ki, yanvarın 18-də Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb. "Tərəflər Ermənistan-NATO əməkdaşlıq gündəliyindəki məsələləri müzakirə ediblər. Görüş zamanı beynəlxalq və regional təhlükəsizlik məsələləri də müzakirə olunub. Vahan Kostanyan Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son proseslərə toxunub və sülh sazişi layihəsi ilə bağlı Ermənistanın yanaşması barədə qarşı tərəfə məlumat verib", Ermənistan mətbuatı bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook