SON XƏBƏR

Navalnı Medvedyevin arvadının təyyarəsini üzə çıxarıb (FOTO)

Dekabr 05
12:22 2019
Rusiyanın baş naziri Dmitri Medvedyevin həyat yoldaşı Svetlana Medvedyeva 50 milyon dollarlıq təyyarədən istifadə edir. Bu barədə Korrupsiya ilə Mübarizə Fondunun (KMF) "Daha bir qadın. Daha bir təyyarə” başlıqlı araşdırmasında məlumat verilir. Material jurnalist Nailə Əsgərzadənin 60 milyon dollarlıq şəxsi təyyarəsi haqqında araşdırmadan cəmi bir neçə saat sonra işıq üzü görüb.

Müxalifət lideri Aleksey Navalnı Svetlana Medvedyevaya məxsus "М-SKSM” nömrə nişanlı "Bombardier Global Express 5000” laynerinin 28 dekabr 2017-ci ilədək "VTB” dövlət bankının "Tekser Management Limited” ofşor şirkətinə məxsus olduğunu iddia edir. Navalnının komandasının məlumatına görə, "VTB” bankın sədri Andrey Kostin tərəfindən aparıcı Nailə Əsgərzadəyə hədiyyə edilən biznes-jet də həmin şirkətin adına qeydiyyatdan keçib. Daha sonra Medvedyevanın təyyarəsi Belizada "If Company Limited” ofşorunun adına yazılıb.
 


"Dövlət bankının işçisi öz sevgilisinə yalnız bir halda belə asanlıqla təyyarə oğurlaya bilər. O da eyni sxemlə daha nüfuzlu şəxslərə təyyarə oğurladığı halda. Elə insanlara ki, heç kim sual verməsin. Çünki onda bu, heç oğurluq deyil, dövlət əhəmiyyətli iş kimi görünəcək”, - fondun əməkdaşı navalny.com saytında bu "təsadüfü” şərh edir.

Svetlana Medvedyevanın iştirakı ilə Rusiyanın müxtəlif şəhərlərində keçirilən tədbirlərin tarixləri ilə "Planefinder” saytında "Bombardier Global Express 5000” təyyarəsinin yerdəyişməsi haqqında məlumatları müqayisə edən tədqiqatçılar aşkar ediblər ki, layner məhz həmin tarixlərdə qeyd edilən şəhərlərə reyslər həyata keçirib və yaxınlıqdakı aerodromlarda eniş edib. KMF-nun məlumatına görə, layner təkcə bu il Avropaya 39 dəfə uçuş həyata keçirib.
 
Moskva Şəhər Dumasına seçkilər zamanı İvan Jdanovun seçkiqabağı qərargahına rəhbərlik edən Boris Zolotarevski "Twitter” hesabında yazıb ki, Dmitri Medvedyevin bir aylıq maaşı (800 min rubl) həmin təyyarəni yalnız bir saatlıq icarəyə götürmək üçün bəs edər. Baş nazirin həyat yoldaşı isə heç yerdə işləmir, ona görə uçuşların pulunu ödəmək iqtidarında deyil.

Navalnı özünün "Twitter” səhifəsində jurnalistləri dekabrın 5-i Dmitri Medvedyevin keçirdiyi mətbuat konfransında Svetlana Medvedyevaya məxsus layner haqqında baş nazirə sual verməyə çağırıb.

(tərcümə: xpressa.net)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook