SON XƏBƏR

Navalnı “oyununun” üstünü açdı: “Özüm zəhər içdim, ancaq Putini aldada bilmədim”

Sentyabr 23
11:04 2020
Müxalif siyasətçi Aleksey Navalnı Fransa qəzeti "Le Monde”yə Rusiya prezidenti Vladimir Putinin dediyi sözləri istehzayla şərh edib.

Qaynarinfo xəbər verir ki, sözügedən məqalədə, 14 sentyabrda Fransa prezidenti Emmanuel Makronla söhbətində Putin siyasətçi Aleksey Navalnının özünün zəhər içə biləcəyini irəli sürüb. Həm də Rusiya prezidentinin ifadə etdiyi ikinci versiya Latviya ilə əlaqələndirilir, çünki "Noviçok” zəhərli maddəsinin ixtiraçısı orada yaşayır.

Makron öz növbəsində Latviya izi versiyasını və Navalnının özünü zəhərləyə biləcəyi ehtimalını rədd edib.

"Vladimir Putin fransız həmkarına deyib: "Navalnı bu zəhəri özü içə bilərdi”. Yaxşı versiyadır. Hesab edirəm ki, bu, ən yaxın araşdırmaya layiqdir”, - deyə Navalnı İnstaqramında yazıb.

"Hə, deməli, mətbəxdə "Noviçok” dəmlədim. Təyyarədəki bir qumqumadan sakitcə bir qurtum içdim. Komaya düşdüm. Bundan əvvəl həyat yoldaşım, dostlarım və həmkarlarımla razılaşdım ki, Səhiyyə Nazirliyi mənim müalicə üçün Almaniyaya aparılmağıma israr edərsə, buna icazə verməsinlər. Omsk xəstəxanasında ölmək və ölüm səbəbinin "kifayət qədər yaşamış" olduğu yazılacaq Omsk morquna düşmək - buydu mənim hiyləgər planımın əsas məqsədi. Ancaq Putin məndən ayıq çıxdı. Onu aldatmaq asan deyil. Nəticədə 18 gün axmaq kimi komada yatdım, amma məqsədimə çatmadım. Təxribatım uğursuz oldu!" – Navalnı ironiya ilə qeyd edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook