SON XƏBƏR

Navalnının cəsədini anasına vermirlər – Onun ölüm səbəbi isə hələ də qeyri-müəyyəndir

Fevral 19
11:55 2024
Rusiyanın müxalifət lideri Aleksey Navalnı artıq bir neçə gündür ölsə də, onun cəsədini yaxınlarına təhvil vermirlər.

"AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, Navalnının anası təcridxanaları və morqları gəzərək, oğlunun cəsədini istəyir. Lakin hakimiyət təmsilçiləri nə onun yerini deyir, nə də cəsədi dəfn etmək üçün təhvil verirlər.

Bu gün səhər tezdən Navalnının anası və vəkilləri morqa gəlsələr də, onlar içəri buraxılmayıblar. Bu barədə Navalnının mətbuat katibi Kira Yarmış məlumat verib: "Səhər tezdən Alekseyin anası və vəkilləri meyitxanaya gəldilər. Onların içəri girməsinə icazə verilmir. Vəkillərdən biri sözün əsl mənasında itələnərək oradan qovuldu. Alekseyin cəsədinin orada olub-olmadığını soruşduqda isə işçilər cavab vermirlər”.

Yarmışın sözlərinə görə, İstintaq Komitəsi anaya və vəkillərə Navalnının ölümü ilə bağlı istintaqın uzadıldığını bildirib. İstintaqın daha nə qədər gedəcəyi məlum deyil. Ölümün səbəbi hələ də "qeyri-müəyyən”dir...

Bundan əvvəl 3 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi Aleksey Navalnının cəsədinin Salexard morqunda olduğunu bildirmişdi. Siyasətçinin anası uzun yol qət edib oraya gələndə isə cəsədin onlarda olmadığını deyiblər...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook