“Naxçıvan Dəmir Yolları”nın rəisi həbs oluna bilər
May 03
20:48
2023
"Naxçıvan Dəmir Yolları” MMC-dəki yoxlamalar qurumun rəhbəri Mahir Əliyevin işdən çıxarılması və hətta həbsi ilə nəticələnə bilər.
Qaynarinfo xəbər verir ki, MMC-də yoxlamalar yanvar ayından başlayıb və hətta qurumun bir iççisi həbs edilib. Söhbət depo rəisi vəzifəsindən işləmiş Ramin Mirzəyevin həbsindən gedir.
Həmin vaxt Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğunun yaydığı məlumatda bildirilirdi ki, "Naxçıvan Dəmir Yolları” MMC-də bir vəzifəli şəxs tərəfindən dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb. Araşdırma zamanı səhmləri dövlətə məxsus MMC-nin sabiq əməkdaşı, depo rəisi vəzifəsində işləmiş Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Naxçıvan MR Prokurorluğunda cinayət işi başlanaraq toplanmış sübutlar əsasında Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.
Ramin Mirzəyevin həbsi Mahir Əliyevin də dəmir barmaqlıqlar arasına salınacağına dair mülahizələrə səbəb olmuşdu. Yoxlamaların davam etməsi və bunun ictimai şəkildə elan edilməsi Mahir Əliyevin də həbs ehtimalını bir qədər də artırır.
Muxtar Respublikadakı xüsusi əhəmiyyət daşıyan dövlət qurumlarına əsasən keçmiş Ali Məclis sədri Vasif Talıbova yaxın şəxslərin rəhbərlik etdiyini nəzərə alsaq, Mahir Əliyevin də bu kateqoriyaya aid olduğunu söyləmək olar. Qurumda yoxlamaların aparılması da bununla bağlıdır. Bu baxımdan, Vasif Talıbovla yaxınlıq amili Mahir Əliyevin vəziyyətini çətinləşdirir.
Qlobal.az