SON XƏBƏR

Naxçıvan Dövlət Filarmoniyasında “Rast dəstgahı” muğam məclisi təşkil olunub

Fevral 07
14:40 2016
Naxçıvan Dövlət Filarmoniyasında "Rast dəstgahı” muğam məclisi təşkil olunub.
 
AZƏRTAC xəbər verir ki, muğam məclisində xanəndə və müğənnilərdən Azərbaycan Respublikasının Əməkdar artistləri Qurban Qasımov, Vilayət İsmayılov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Hünər Əliyev, Xatirə Səfərova, Zülfüqar Mahmudov, müğənnilərdən Qəribə Həsənova, Nərmin Hüseynova "Rast”ın şöbə və guşələrindən ibarət dəstgah ifa ediblər.
 
Muğam ifaçılarını Azərbaycan Respublikasının Əməkdar Artisti Elman Əliyev (tarda), Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Aqib Seyidov (kamançada), Qasım Bağırov (balabanda), Məmmədəli Babayev (nağarada), həmçinin Sevinc Babayeva (qanunda) və Sərxan Abdullayev (udda) müşayiət ediblər. Tədbirdə muğam sənətinin musiqi mədəniyyətimizin zəngin xəzinəsi olduğu vurğulanıb.
 
Qeyd olunub ki, muğam hər bir azərbaycanlının mənəvi dünyasına əbədi daxil olub. Buna görə də muğam yalnız dünənin və bu günün deyil, həm də gələcəyin əbədiyaşar sənətidir. Bu gün Azərbaycanda muğam sənətinə dərin məhəbbət və ehtiram vardır. Muğamın qorunub saxlanılmasına və təbliğinə, bu sənəti yaşadanlara böyük qayğı göstərilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook