SON XƏBƏR

Naxçıvan Musiqi Kolleci Naxçıvan Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb

Noyabr 30
08:17 2016
Naxçıvan Musiqi Kolleci Naxçıvan Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq  Naxçıvan Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib.
 
APA-nın məlumatına görə, bu, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kollecinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilməsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə” qərarında əksinin tapıb.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kollecinin və Naxçıvan Dövlət Texniki Kollecinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi” haqqında 30 aprel 2012-ci il tarixli qərarı ilə Naxçıvan Musiqi Kolleci Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdi. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook