SON XƏBƏR

“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi hazırdır

Oktyabr 18
23:35 2016
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsinin və Naxçıvan Ali Məclisinin dəstəyi ilə hazırlanan "Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi artıq hazırdır.
 
AMEA-dan AZƏRTAC-a bildirilib ki, həmin cildi çapa təqdim etmək üçün akademik H.Əliyev adına Coğrafiya İnstitutun alimləri – direktorun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, baş elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov və aparıcı elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Elina Kərimova oktyabrın 23-də Naxçıvana ezam olunacaqlar.
 
Kitabın Naxçıvanın iqtisadi-sosial coğrafiyasına həsr olunan ikinci cildinın çapı bu ilin sonunadək nəzərdə tutulub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook