Naxçıvan-Ordubad magistralı-Culfa şəhər avtomobil yolu yenidən qurulur
May 06
00:28
2016
Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri yol infrastrukturunu da əhatə etmişdir. Son illər bütün yaşayış məntəqələrində müasir avtomobil yolları salınmış, avtomobillərin rahat hərəkəti təmin edilmişdir. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan-Ordubad magistralından Culfa şəhərinə qədər olan avtomobil yolu yenidən qurulur.
Mayın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma işləri ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, uzunluğu 2 kilometr olan avtomobil yolunun asfalt örtüyü götürülmüş, yol yatağı genişləndirilərək 10 metrə çatdırılmışdır. Tikinti işləri aparılarkən yolun üzərindəki körpü də yenidən qurulacaq, müvafiq təhlükəsizlik tədbirləri görüləcəkdir. Həmçinin yolun kənarları abadlaşdırılacaq, piyada yolu salınacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaqdır.
Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması barədə müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidmətiQlobal.az