SON XƏBƏR

Naxçıvanda Aqrar Sığorta Fondu yaradıldı

Yanvar 09
10:59 2020
Naxçıvanda "Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra – Fond) yaradılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Fondun nizamnaməsini təsdiq etmək, Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Naxçıvan Muxtar Respublikasnının Maliyyə Nazirliyi aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsini hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook