Naxçıvanda ÜDM-də artım qeydə alınıb
Dekabr 24
08:53
2020
Cari ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2 milyard 556 milyon 981 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.
Bu barədə "Report” Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilir ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 55 50,2 manata çatıb.
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 967 milyon 182 min 300 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.
Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 948 milyon 959 min 900 manat vəsait yönəldilib. Bu,bir il öncəki göstəricidən 1 faiz çoxdur.