SON XƏBƏR

Naxçıvanda dörd deputatlığa namizəd qanunu pozub

Avqust 15
12:58 2024
Sentyabrın 1-də keçiriləcək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə namizədliyi qeydə alınan şəxslərə xəbərdarlıq edilib.

Bu barədə Qaynarinfo-ya Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Belə ki, seçkilərdə 28 saylı Naxçıvan şəhər seçki dairəsindən namizədliyi qeydə alınan İsmayılxanlı Rövşən Əli oğlu, 8 saylı Düdəngə seçki dairəsindən namizədliyi qeydə alınan Mahmudov Rövşən Əzim oğlu, Mehdiyev Həkimeldostu Bayram oğlu və Nadirov Cavanşir Abbasqulu oğlu "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” qanunun 63-cü maddəsinin tələblərini pozaraq seçkiqabağı təşviqat aparılması müddətinin tələblərinə əməl etməyiblər.

Bildirilib ki, 28 saylı Naxçıvan Şəhər və 8 saylı Düdəngə dairə seçki komissiyaları "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” qanunun 20.4, 20.13, 29.1.1, 31.2, 63 və 99.1-ci maddələrini rəhbər tutaraq onlara xəbərdarlıq ediblər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook