SON XƏBƏR

Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev Muzeyini yeddi ayda 1387 əcnəbi ziyarət edib

Avqust 29
06:23 2016
Bu ilin 7 ayında Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət edənlərin sayı 10 min 723 nəfərdən çox olub. Bunlardan 1387-si 23 xarici ölkədən gələn vətəndaşlardır.
 
AZƏRTAC xəbər verir ki, muzeydəki 4 min 617 eksponatın hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Muzeyin kitabxana fondunda 589 adda 1202 kitab var. Azərbaycanın müasir dövlətçilik tarixi və Ümummilli Liderin siyasi irsi ilə maraqlanan hər kəs Heydər Əliyev Muzeyinə üz tutur, tədqiqatçılar burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər.
 
Yanvar-iyul aylarında muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələrinin, həmçinin orta təhsil məktəblərinin şagirdlərinin iştirakı ilə muzeydə 72 açıq dərs keçirilib. Ulu Öndərin siyasi irsinin təbliği məqsədilə keçilən açıq dərslərdən sonra iştirakçılar muzeyin ekspozisiyası ilə də tanış olublar.
 
Bu dövrdə Heydər Əliyev Muzeyinə 425 ekskursiya təşkil olunub. Muzeyin internet səhifəsini isə 32 min 453 nəfər ziyarət edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook