SON XƏBƏR

Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda Naxçıvan şəhər açıq çempionatı keçirilmişdir

May 12
11:45 2016
9-10 may 2016-cı il tarixlərində Naxçıvan şəhər İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə "Heydər Əliyev Kuboku” uğrunda Naxçıvan şəhər açıq çempionatı keçirilmişdir. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı "Heydər Əliyev Kuboku” uğrunda Naxçıvan şəhər açıq çempionatı keçirilmişdir. Çempionatda 8 yaş qrupunda 200-dən çox idmançı və 15 komanda öz qüvvələrini sınamışlar. Bunlar içərisində qızlardan ibarət qrup da olmuşdur. 

Yarışın final mərhələsinə start verilməmişdən əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbiri Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri General-Mayor Fazil Ələkbərov açaraq iştirakçıları salamlamış və idmanıçlara uğurlar arzulaşmışdır. Fazil Ələkbərov qeyd etmişdir ki, Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün idmanının bütün sahələrinin inkişafında isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müstəsna xidmətləri vardır. Təqdirəlayiq haldır ki, Naxçıvanlı gənclər dünya idman arenalarında ölkəmizi layiqincə təmsil edirlər. Son illərdə Naxçıvan Muxtar Respublikasında müxtəlif beynəlxalq turnirlərin keçirilməsi artıq ənənə halını alıbdır.Bu da Naxçıvanda gənclərə, idmana göstərilən diqqət və qayğının nəticəsidir. Karate-do üzrə "Heydər Əliyev kuboku” uğrunda muxtar respublika açıq çempionatı da bu silsilədən olan tədbirlərdəndir. 

Sonra Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov çıxış edərək qeyd etdi ki, "Naxçıvan Muxtar Respublikasında da idman sahəsi gündən-günə inkişaf edir. Bu gün naxçıvanlı idmançılar beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında layiqincə təmsil olunurlar”. Nazir çıxışının sonunda çempionatda mübarizə aparacaq hər bir idmançıya uğurlar arzulayıb. 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasın, Naxçıvan Muxtar Respublikası Şərq döyüş sənəti Federasiyasının Naxçıvan Muxtar Respublikası Boks Federsiyasının, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədrləri, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Əməkdar məşqçi, 20 ildən artıq müddətdə Azərbaycan Milli Karate federasiyasında baş məşqçi işləmiş, 5 dan qara kəmər sahibi Hidayət Şabanov və digər rəsmi qonaqlar iştirak etmişlər.

Daha sonra açıq çempionatın final mərhələsi başlayıb.

Əvvəlcə tatami üzərinə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələri çıxıblar. Onların nümunəvi çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Bakı şəhərindən 3 komanda yarışda iştirak etmişdir.

Sonda qalib idmançılar mükafatlandırılmışlar.
 
Oğlanlar arasında:
 
6-7 yaş qrupunda - Yaqubov Rəsul (Bakı komandası)
8-9 yaş qrupunda - Şıxəlili Məhəmməd (Naxçıvan komandası)
10-11 yaş qrupunda - Seyidov Vüsal (Naxçıvan komandası)
12-13 yaş qrupunda - Həsənov İmran (Naxçıvan komandası)
14-15 yaş qrupunda – Qələmzadə Babək (Bakı Araz idman klubu)
16-17 yaş qrupunda -Kərimzadə Mirpaşa (Naxçıvan komandası)

Qızlar arasında:

8-9 yaş qrupunda Vəliyeva fatimə (Bakı Araz idman klubu)
10-11 yaş qrupunda Sadiqova Səmra (Naxçıvan komandası)


Komanda hesabında qalib olan "Naxçıvan” komandasına kuboku Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov təqdim edib.
Yarışdan sonra idmançılar Ümummilli Lider Heydər Əliyevin adını daşıyan muzeydə, Naxçıvanqala Tarix Memarlıq Muzeyində və Əshabi-Kəhf ziyarətgahında olmuşlar. 
 
Qlobal.az
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook