SON XƏBƏR

Naxçıvanda müasir rabitə sistemi yaradılıb

Dekabr 19
18:00 2016
Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt-rabitə xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən tədbirlər ötən ay da uğurla davam etdirilib. Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində sürətli və genişzolaqlı internetdən istifadə imkanları yaradılıb. Bu da istifadəçilərin sayının artmasında özünü göstərir. Belə ki, ötən ay, ümumilikdə, muxtar respublika üzrə 3240 metr fiber-optik kabel xətti çəkilib, 484 abunəçi genişzolaqlı internetlə təmin olunub.
 
Əhalinin telefon çəkilişinə olan tələbatı nəzərə alınaraq Babək rayonunun Hacıvar kəndində 384, Şərur rayonunun Ərəbyengicə kəndində 304, Arbatan, Çəmənli və Arpaçay kəndlərində isə 384 nömrətutumlu yeni avtomat telefon stansi¬yaları quraşdırılıb. Bu dövrdə Şərur rayonunun Yuxarı Daşarx, Kürkənd, Dərəkənd, Babək rayonunun Naxışnərgiz, Xal-xal və Şahbuz rayonunun Gömür kəndlərində mövcud avtomat telefon stansiyaları 384 nömrətutumlu yeni nəsil NGN tipli avtomat telefon stansiyaları ilə əvəz olunub. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində 270 yeni telefon nömrəsi istismara verilib.
 
Naxtel 4G nömrələrinin və ödəmə kartlarının poçt bölmələrində satışının həyata keçirilməsi üçün "Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq işlər görülür. Belə ki, Naxçıvan şəhərində yerləşən bütün poçt bölmələrində və Şərur rayonunun 10 poçt bölməsində Naxtel nömrələrinin və ödəmə kartlarının satışı üçün avadanlıqlar quraşdırılaraq şəbəkəyə qoşulub.
 
Naxçıvanda yeni texnologiyaların tətbiqi və inkişafı bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasını da zəruri edir. İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kompüter kursları bu mənada mühüm əhəmiyyət daşıyır. Ötən ay mərkəzdə 95 dinləyicinin cəlb olunduğu 9 ümumi və 15 fərdi qrup yaradılıb.(AzərTAC)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook