SON XƏBƏR

Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb

Dekabr 21
17:00 2016
Muxtar respublikada 2016-cı ilin yanvar-noyabr aylarında 2 milyard 251 milyon 910 min 900 manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.
 
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, hər bir nəfərə düşən ÜDM-in həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 5042,3 manata çatıb.
 
Muxtar respublikada yaradılan ÜDM tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 859 milyon 555 min 800 manat həcmində məhsul istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 1,9 faiz üstələyib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook