SON XƏBƏR

Naxçıvanda zirehli avtomobili əlindən alınan iş adamının kimliyi bilindi

Avqust 28
21:48 2024
Bir neçə gün öncə mediada Naxçıvanda iş adamının zirehli avtomobilinin yüksək vəzifəli şəxs tərəfindən əlindən alındığı barədə xəbərlər yayılmışdı. Həmin xəbərlərdə avtomobilin əlindən alınan iş adamının və vəzifəli şəxsin kimlikləri barədə heç bir açıqlama verilmirdi. 
 
Qlobal.az xəbər verir ki, jurnalist Samir Feyruzov feysbuk səhifəsində Naxçıvanda baş verən sözügedən hadisənin detalları barədə məlumat yayıb: 
 
"Bir neçə gün bundan öncə tns.az saytı belə bir məlumat yaydı ki, Naxçıvanda yüksək vəzifəli bir şəxs hansısa iş adamının bahalı "Land Rover Defender” markalı avtomobilini ələ keçirib və sahibinə geri qaytarmır. Bu məsələ bir neçə sayt tərəfindən və sosial şəbəkələrdə geniş tirajlanandan sonra tns.az saytı təkrar məlumat yaydı ki, problem həllini tapıb və avtomobil saibinə geri qaytarılıb.

Amma maraqlıdır ki, təqdim olunan nə birinci, nə də ikinci materialda maşının sahibinin və avtomobili ələ keçirən yüksək vəzifəli şəxsin kimliyi barədə heç bir məlmat verilmir.

Məsələ diqqətimi çəkdi və araşdırdım.

Bəlli oldu ki, "Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC-nin rəhbəri, iş adamı İsmayıl Əhmədov "Lan Rover Defender” markalı avtomobili salondan sıfır vəziyyətdə alaraq, Naxçıvandakı səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə verib.

Bir müddət əvvəl hər iki şəxsin münasibətləri çox yaxşı olub, Naxçıvanda birlikdə layihələr icra ediblər. İndi aldığım məlumata görə isə onların münasibətləri kəskin şəkildə pisləşib və bundan sonra İsmayıl Əhmədov Naxçıvandakı işləri ilə vidalaşmalı olub. Çox güman ki, avtomobilin geri alınması tələbi də məhz bundan sonra gündəmə gəlib.

Qeyd edim ki, fotodakı "Land Rover Defender" zirehlidir, qiyməti 250 min avrodan çoxdur."
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook