Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə yeni qərar
İyun 08
10:30
2023
Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Qlobal.az-ın "Qafqazinfo”-ya istinadən xəbərinə görə, Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib.
Məhkəmənin qərarı ilə Tofiq Həsənovun həbsdə saxlama müddəti 1 ay uzadılıb.
Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.
Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.