Naxçıvanın tarixinə dair yeni kitab çap olunub
Yanvar 07
12:51
2016
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının "Naxçıvanın VII-XII əsrlər dövrü tarixdə və tarixşünaslıqda” kitabı çap olunub.
Qlobalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, kitabda Naxçıvanın altı əsrdən çox müddətdə tarixi araşdırılır. "Naxçıvan ərəb xilafəti dövründə”, "Azərbaycanın feodal dövlətləri dövründə Naxçıvanın siyasi durumu”, "Naxçıvan Azərbaycan Atabəyləri dövründə” fəsillərində Naxçıvanın ictimai-siyasi, sosial-iqtisadi tarixi öyrənilir, burada baş vermiş hərbi-siyasi hadisələr tarixi mənbələr əsasında tədqiq olunur. Kitabın vacib məqamlarından biri Naxçıvanın müvafiq dövr tarixinin sovet dövrü və müstəqillik illərində tədqiq olunması tarixşünaslığının araşdırılması, "Azərbaycan Atabəyləri dövlətinin süqutundan sonra xanədanın qadınlarının Naxçıvanın ictimai-siyasi həyatında yeri” adlı fəsildə ilk dəfə orta əsrlər dövründə Naxçıvanda fəaliyyət göstərən, Azərbaycanın siyasi-ictimai və mədəni həyatında vacib rol oynamış qadınları haqqında müfəssəl məlumatların verilməsidir.
Naxçıvanın "Əcəmi” nəşriyyat-poliqrafiya birliyi tərəfindən nəfis tərtibatla nəşr olunan əsərdə xəritələr, fotoşəkillər, rəsmlər də oxuculara təqdim edilir.