Naxçıvanlı iş adamı 56 yaşlı müğənniyə və bacısına elçi düşüb
Mart 30
10:56
2020
Əməkdar artist Mətanət İsgəndərliyə bir neçə gün öncə evlilik təklifi ediblər.
Lent.az -ın məlumatına görə, 56 yaşlı müğənni bu barədə "Hüseynova bacıları" verilişində deyib.
O bildirib ki, onunla evlənmək istəyən bəy naxçıvanlı iş adamıdır:
"Evə gəldim ki, atam əsəbiləşib. Dedim ki, nə olub? Söylədi ki, birlikdə verilişdən çıxanda bir kişi qarşımı kəsdi. Dedi ki, sənlə qohum olmaq istəyirəm. İlk əvvəl atam onu başa düşməyib. Daha sonra həmin kişi deyib ki, Mətanətlə evlənmək istəyirəm. Atam yox deyib, kişi də cavabında söyləyib ki, Mətanət alınmırsa, o biri qızın Sədaqəti istəyərəm. Atam bu sözü eşidən zaman deyib ki, sənin başın xarabdır?