Nazarbayevdən minilliyə tərs sillə: Hicab və saqqalı qadağan edir
Mart 02
10:40
2018
Qazaxıstan hakimiyyəti dini atributlarla bağlı yeni qadağalar tətbiq etməyə hazırlaşır.
İlin sonuna kimi qüvvəyə minməsi gözlənilən qərarla saqqal saxlayan, hicab örtən və niqabdan istifadə edən inanclı şəxslər cərimə olunacaq.
Yerli hökumətin hazırladığı qanunda qeyd edilir ki, Qazaxıstanın inanclı kəsimi saqqalın saxlanılmasına görə 8 dollar, hicab taxılmasına görə 40 dollar, digər din mənsublarını narahat edəcək təbliğat aparmağa görə isə 370 dollar cərimələnəcəklər. Qanunu ikinci dəfə pozan şəxslər isə 740 dollar cərimə ediləcəklər.
(a24.az)
Qlobal.az