Nazarbayevin qızının deputatlığı da əlindən alındı
May 04
11:18
2020
Qazaxıstan Mərkəzi Seçki Komissiyası Respublika Senatının (parlamentin yuxarı palatası) deputatı Dariqa Nazarbayevanı səlahiyyətindən məhrum edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının mətbuat mərkəzi məlumat verib.
Məlumatda bildirilir ki, mayın 4-də ölkənin Mərkəzi Seçki Komissiyasının iclası keçirilib, iclas zamanı "Qazaxıstan Respublikası Senatının deputatı D. Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi haqqında" qərar qəbul edilib.
Xatırladaq ki, bundan əvvəl Qazaxıstanın ilk prezidentinin böyük qızı Dariqa Nazarbayeva ölkə Senatının sədri vəzifəsindən məhrum edilmişdi.