SON XƏBƏR

Nazir İlhamə Abdullayevanı işdən çıxarır - SƏBƏB

İyun 19
12:25 2023
Elm və Təhsil naziri Emin Əmirullayev nazirliyin sistemində bir sıra kadr dəyişikliyi planlayır. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə nazir bəzi Regional Təhsil İdarələrinin rəhbərlərini işdən çıxaracaq. 
 
Məlumata görə işdən çıxarılacaq vəzifəli şəxslərin siyahısında Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva da var. 
 
Qeyd edək ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblər bir müddətdir ki, müxtəlif qalmaqallarla mətbuatın gündəmindədirlər. 
 
Belə ki, bir müddət öncə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş nərd yarışı keçirilmişdi.
 

 
Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə keçirilən nərd yarışı məktəbin feysbuk səhifəsində "Edu.az”, "AbşeronXızıRTİ” və "31nömrəli məktəb” həştəqləri ilə paylaşıldıqdan sonra yuxarı instansiyalarda ciddi narahatlıq yaratmışdı. 
 
Məlumata görə sözügedən hadisəyə görə Prezident Administrasiyası Elm və Təhsil nazirliyinin rəhbərliyinə ciddi irad bildirilərək rəhbər kadrların seçimlərinə diqqətlə yanaşılmaq tapşırılıb. 
 
Xatırladaq ki, İlhamə Abdullayeva 29 aprel 2022-ci il tarixli əmri ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
 
Məsələ ilə bağlı Elm və Təhsil nazirliyindən mövqe öyrənə bilmədik.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook