SON XƏBƏR

Nazir müavini: İlin sonunadək arıçılara subsidiya ödəniləcək

Noyabr 23
15:27 2018
Azərbaycanda arıçılıqla məşğul olan fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu ilin sonunadək subsidiya ödəniləcək.

Bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə müvafiq işlər görülür, Arıçılar Assosiasiyası ilə birgə tədbirlər planı hazırlanır. Nazirliyin nümayəndələri yerlərdə arı ailələri ilə bağlı məlumatlar toplayırlar.

Nazir müavini qeyd edib ki, stimullaşdırıcı tədbirlər hesabına respublikada arı ailələrinin sayının 2 dəfə artacağı proqnozlaşdırılır. Hazırda isə ölkədə 250-300 min arı ailəsi mövcuddur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook