SON XƏBƏR

Nazir oliqarxın oğlunu yüksək vəzifəyə gətirmək istəyir - İddia (Foto)

Aprel 30
12:59 2024
Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri indiki vəzifəsini trampilin kimi görür.

Keçən ilin son ayında Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat alan, keçmiş məmur oğlu Coşqun Əliyevlə bağlı xəbər var. 

AzFakt.com-un əldə etdiyi məlumata görə Coşqun Əliyev qısa müddətdən sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirliyindən daha yüksək vəzifəyə təyinat alacaq.
 

 
Coşqun Əliyev 

Bildirilir ki, əslində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsi Coşqun Əliyev üçün trampilin rolu oynayır. Həmçinin Quba-Xaçmaz Regional Təhsil İdarəsi müdiri vəzifəsinin ciddi və məsuliyyətli bir iş olduğu və hər an gündəmə gəlmə ehtimalının yüksək olması Coşqun Əliyevi narahat edir. 

Qeyd edək ki, Coşqun Əliyev ilk əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra atasının parking və istixana biznesinə nəzarət edən Coşqun əliyev, qəflətən Xızı-Abşeron Regional Təhsil İdarəsinin müdiri müavini vəzifəsinə təyinat alıb.

Mətbuata təkzib edilməyən məlumatlara görə Coşqun Əliyevin atası, sabiq məmur Vidadi Əliyev Azərbaycanda ən böyük pomidor istixanalarına sahibdir. Zirədə yerləşən bu istixanalarda yetişdirilən pomidorlar əsasən Rusiyaya ixrac edilir. 

Eyni zamanda onların yanacaqdoldurma məntəqələrinin və xeyli sayda kirayə verilən obyektləri də var.

Bu obyektlərdən biri Yasamal rayonunda klinika kimi fəaliyyət göstərir.

Coşqun Əliyevin mərkəzdə -Bakıda daha yüksək vəzifəyə gəlməkdə məqsədi həm də bizneslərinə ciddi nəzarət etməkdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.az
 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook