SON XƏBƏR

Nazir peşə məktəblərində təhsil haqları məsələsinə yenidən baxılmasını təklif edib

Dekabr 13
11:19 2023
Elm və təhsil naziri Emin Əmrullayev peşə məktəblərində təhsil haqları məsələsinə yenidən baxılmasını təklif edib.

"Report" xəbər verir ki, o, bu təklifi "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı irəli sürüb.

"Peşə məktəblərində təhsili haqları ilə bağlı məsələdə bəzi dəyişikliklərə ehtiyac var. Rəqabətli kadrların hazırlanmasını tələb edən bəzi ixtisaslar var. Məsələn, aşpaz ixtisası kifayət qədər mürəkkəb və bahadır. Məsələn, beşulduzlu hotel üçün yaxşı aşpaz hazırlamaq baha başa gəlir. Biz bunu başa düşməsək və ildə 500 manata aşpaz hazırlasaq, nəticə etibarilə əmək bazarında rəqabətli ixtisasa sahib şəxs olmayacaq. Ona görə də qoyulan investisiya ilə kadrın rəqabətliliyi arasında əlaqəni qiymətləndirmək lazımdır",- nazir bildirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook