Nazir qalmaqallı direktoru işdən qovdu
Dekabr 25
15:55
2015
Bu gün Mədəniyyət və Turizm Nazirliyində ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib.
Qlobalinfo.az Modern.az-a istinadən xəbər verir ki, iclasda bir çox mühüm qərarlar qəbul edilib. Bir müddət öncə şiddətli töhmət verilən Azərbaycan Xalça və Xalq Tətbiqi Muzeyinin direktoru Röya Tağıyevanın vəzifəsinə xitam verilib.
Bundan başqa, nazir Əbülfəs Qarayev kollegiya iclasında korrupsiya faktlarına rast gəlindiyini və bu səbəbdən də bir neçə şöbə müdirinin də işdən çıxarıldığını qeyd edib. Onun sözlərinə görə, nazirlik daxilində kadr islahatları gələn il də davam edəcək.