SON XƏBƏR

Nazir rəislərin yerini dəyişdi

Avqust 16
17:58 2024
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun məlumatına görə, FHN-nin daxili xidmət polkovnik-leytenantı Bəradə Heydərov sözügedən qurumun rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. 

Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik Nəsirov Rəşad Tağı oğlu da vəzifəsindən azad olunub və Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib. 

FHN-nin daxili xidmət mayoru Aqil Ağayev isə Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə gətirilib.

Nazir general-polkovnik Kəmaləddin Heydərovun yeni təyinatlarla bağlı müvafiq əmr imzalayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook