SON XƏBƏR

Nazir: "Zeytun budağı"na görə heç bir dinc sakin xəsarət almayıb

Yanvar 31
12:24 2018
Türkiyə Silahlı Qüvvələrinin Afrində apardığı "Zeytun budağı" əməliyyatının gedişində dinc sakinlər xəsarət almayıb.
 
Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.
 
O qeyd edib ki, Türkiyə Ordusu yalnız PYD və YPG terrorçularının mövqelərini məhv edir.
 
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook