SON XƏBƏR

Nazirdən sensasiyalı açıqlama

Sentyabr 13
16:06 2019
"Biz 2018-ci ildə kölgə iqtisadiyyatına qarşı mübarizəyə başladıqdan sonra Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında 7 dəfəyə qədər fərq yaranıb". 

Qlobal.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi" adlı konfransda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu da kölgə iqtisadiyyatının həcminin göstəricisidir. Mikayıl Cabbarov əlavə edib ki, kölgə iqtisadiyyatı yalnız vergilərdən yayınmaya şərait yaratmır, həm də haqsız rəqabətə və onun genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olmaqla ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır.

Vergilər naziri qeyd edib ki, həmin göstərici ümumilikdə 112 mindən çox artmış əmək müqavilələrinin 78 faizini təşkil edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook