SON XƏBƏR

Nazirin keçmiş işçisinin şirkəti 6.7 milyon manatlıq tenderin qalibi oldu

Noyabr 19
00:45 2020
"AZƏRİŞIQ" Açıq Səhmdar Cəmiyyəti (ASC) 6.7 (6.795.148) milyon manatlıq satınalmaya yekun vurub. 
 
Qlobal.az xəbər verir ki, "AZƏRİŞIQ" ASC-nin "Yevlax və Goranboy rayonları ərazisində Aqroparkın elektrik təchizatı üçün 35/0.4 kV-luq yarımstansiyanın tikintisi, avadanlıqların quraşdırılması , 35 kV-luq hava xəttinin çəkilməsi və 35/0,4 kV-luq KTM-lərin quraşdırılması işləri" üzrə sifarişçi olduğu tenderin qalibi "ENERJI CONSTRUCTION" Məhdud Məsuliyyətli Cəmiyyəti MMC (vöen - 1006319251) elan edilib. 
 
"ENERJI CONSTRUCTION" MMC 2020-ci ilin yanvar ayının 13-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı yüz manat olan şirkətin qanuni təmsilçisi Mollayev Mənsur Şahin oğludur. 
 
Qlobal.az "ENERJI CONSTRUCTION" MMC-nin qanuni təmsilçisi Mollayev Mənsur Şahin oğlu barədə maraqlı məlumat əldə edib. Bəli ki, M.Mollayev buna qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşı olub. Mediada yazılan xəbərlərə görə o, bu ilin yanvar ayının 30-da ("ENERJI CONSTRUCTION" MMC-ni təsis etdikdən 17 gün sonra) İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə işdən kənarlaşdırılıb. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook