Nazirin yanındakı narıncı geyimli şəxs kimdir? - Heç kim tanımır
Avqust 29
12:06
2016
Məlum olduğu kimi, Qəbələ şəhərində növbəti dəfə "Mürəbbə” festivalı keçirilib.
Həmin festivalda mədəniyyət və turizm naziri ilə Əbülfəs Qarayevlə eyni masada fikir mübadiləsi aparan narıncı rəngli paltarı ilə diqqət mərkəzində olan əcnəbinin kimliyi müzakirəyə səbəb olub.
Qəbələ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova açıqlamasında bildirib ki, həmin şəxsin kimliyindən xəbərsiz olublar: ""Mürəbbə” festivalına 6 ölkənin nümayəndələri dəvət olunub. Ukrayna, Türkiyə, İran, Kipr və başqa ölkələrlə yanaşı Hindistan və Pakistan səfirlikləri də iştirak edib. Açıq festivaldır, kimsə gəlib qoşulubsa, qonaqların yanında gəzibsə, onun kimliyindən xəbərim olmayıb ”.
Qeyd edək ki, "Mürəbbə” festivalı Qəbələ rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.(aznews.az)
Qlobal.az