Nazirlər Kabinetindən tikinti ilə bağlı QƏRAR
Yanvar 31
18:37
2016
Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində coğrafi koordinatları müəyyən edilmiş torpaq sürüşməsi təhlükəsi olan sahələrin xəritələrinin təsdiq edilməsi və bu sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında qərar verib.
APA-nın məlumatına görə, qərara əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan tədqiqatlar nəticəsində müəyyən edilən torpaq sürüşməsi təhlükəsi olan sahələrin coğrafi koordinatları əks olunan xəritələr kağız və elektron variantda təsdiq ediləcək.
Torpaq sahəsinin mənsubiyyətindən asılı olmayaraq, həmin təsdiq edilmiş xəritələrdə göstərilən torpaq sürüşməsi təhlükəsi olan sahələrdə sürüşməyə qarşı tədbirlər istisna olmaqla, tikinti işlərinin aparılması qadağandır.
Bu qərarın icrasına nəzarət Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.