SON XƏBƏR

“Nazirlərin Vaşinqtonda görüşməsi barədə razılaşma yoxdur” – Erməni səfir

Yanvar 15
13:04 2024
"Hazırda Azərbaycanla Ermənistan arasında xarici işlər nazirlərinin Vaşinqtonda görüşü ilə bağlı razılıq yoxdur”.

"AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts bildirib. 

"Ötən həftə ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistanda olub və o, Vaşinqtonda sülh danışıqlarının keçirilməsi imkanlarını da müzakirə edib. Hazırda heç bir aydınlıq, razılaşma yoxdur”, - deyə, səfir bildirib.

Luis Bono İrəvandan sonra Bakıya gəlməyib. Vaşinqton bunun səbəbini rəsmi şəkildə izah etməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook