SON XƏBƏR

Nazirlik 48 min manata bayraq aldı

Noyabr 28
14:37 2020
Ədliyyə Nazirliyinin Pentensiar Xidməti "Kale Solution” MMC ilə müqavilə bağlayıb. 

Qlobal.az xəbər verir ki, maliyyə dəyəri 48 144 AZN təşkil edilən müqavilədə Azərbaycan Dövlət bayrağının alınması nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "Kale Solution” MMC 07 mart 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 24a, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə İmanov Aqil Azər oğludur.

Bir ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə nə şirkət, nə də sahibi barədə hər hansı məlumat var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook