Nazirlik: Azərbaycanın 2016-cı il dövlət büdcəsinin mədaxili 104% icra olunub
Yanvar 25
12:56
2017
Azərbaycanın 2016-cı il dövlət büdcəsinin mədaxili 16 822,0 mln. manat proqnoza qarşı 17 501,2 mln. manat və ya 104,0% icra olunub.
"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1% icra edilməklə dövlət büdcəsinə 7 015,2 mln. manat vəsait təmin edilib. Həmin vəsaitin 77,1%-i və ya 5 408,2 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb ki, bu da 2015-ci ilə nisbətən 379,8 mln. manat və ya 7,6% çoxdur.
Dövlət Gömrük Komitəsi proqnoza 126,6% əməl edərək dövlət büdcəsinə 2 291,6 mln. manat vəsait təmin edib ki, bu da 2015-ci illə müqayisədə 699,7 mln. manat və ya 44,0% çoxdur.
Hesabat ilində dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 239,1 mln. manat, maliyyə aktivlərinin yenidən qiymətləndirilməsindən 130,9 mln. manat, verilmiş kreditlərin qaytarılması və dövlət zəmanətləri üzrə 68,8 mln. manat, o cümlədən xarici kreditlər üzrə 54,2 mln. manat, cərimə və sanksiyaların tətbiqindən 40,4 mln.manat, sair daxilolmalardan 92,2 mln. manat vəsait dövlət büdcəsinə daxil olub.
Dövlət Neft Fondundan büdcəyə 7 615,0 mln. manat vəsait transfer edilib ki, bu da 2015-ci illə müqayisədə 515,0 mln. manat və 6,3% azdır.
Təhlil oliunan dövrdə dövlət büdcəsinin xərcləri 95,9% və ya 17 742,4 mln. manat icra edilib, bunun 7 120,2 mln. manatı sonuncu rübün payına düşüb.
Büdcə vəsaitlərinin 11 693,0 mln. manatı və ya 65,9%-i cari xərclərə, 4 283,9 mln. manatı və ya 24,1%-i əsaslı xərclərə, 1 765,5 mln. manatı və ya 10,0%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Dövlət büdcəsi xərclərinin 35,2%-i və ya 6 237,4 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2015-ci illə müqayisədə 571,5 mln. manat və ya 10,1% çoxdur. Dövlət büdcəsinin kəsiri 242,1 mln. manat təşkil edib.
Qeyd edək ki, 2016-cı ilin icmal büdcəsinin gəlirləri 21 581,6 mln. manat, xərcləri isə 21 406,0 mln. manat təşkil edib.